SON DƏQİQƏ

Terrorçular erməni ordusunda xidmət edəcək

Tarix:

29-09-2023, 17:33

/ 1 810 dəfə oxundu.
Terrorçular erməni ordusunda xidmət edəcək

Qarabağdan qaçmış terrorçu silahlı qruplaşma üzvləri Ermənistan ordusunda xidmətini davam etdirəcəklər.

Bunu erməni jurnalistlərə Ermənistanın müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.

“Qarabağdan gəlmiş “müdafiə ordusunun hərbi qulluqçularının” Ermənistan ordusuna daxil olması bizim üçün arzuolunandır. Çünki bunlar bizim soydaşlarımızdır və öz “təcrübələri”, “hərbi bilikləri” ilə ölkənin silahlı qüvvələrinə fayda verə bilərlər”, - Sərkisyan bildirib.

скачать dle 12.1

Şərhlər