SON DƏQİQƏ
» » Rusiya Azərbaycanın 36 ton moruğunu ölkəyə buraxmadı

Rusiya Azərbaycanın 36 ton moruğunu ölkəyə buraxmadı

Tarix:

8-08-2023, 17:20

/ 1 620 dəfə oxundu.
Rusiya Azərbaycanın 36 ton moruğunu ölkəyə buraxmadı

Azərbaycandan Rusiyaya 2 partiyada 36 ton təzə moruğun ixracının qarşısı alınıb.

Azərbaycandan gətirilmiş məhsulu Rusiyanın karantin fitosanitar tələbləri pozulduğuna görə, iki ölkənin sərhədində “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları saxlayıb.

Yoxlamalar zamanı etiket məlumatı ilə fitosanitar sertifikat arasında uyğunsuzluq müəyyənləşdirilib. Məhsulları daşıyan yük maşınları Azərbaycana geri qaytarılıb.

Təqsirkarlar barədə Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2-ci “Karantin altında olan məhsulların (karantin materialı, karantin yükü) idxalı və ixracı qaydalarının pozulması” maddəsi ilə inzibati iş başlanılıb.
скачать dle 12.1

Şərhlər