
Gürcüstanın paytaxtı Tiflisdə yenidən müxalifətin mitinqi keçirilib. Nümayişçilər "Köləliyə yox”, "Hərbi xidmətə yox” plakatları ilə orduda könüllü xidmətin tətbiqini tələb ediblər. Qeyd edək ki, ölkə parlamenti martın 20-dən sonra Müdafiə Məcəlləsinin yenilənmiş variantına birinci oxunuşda səs verəcək.