SON DƏQİQƏ

İrəvan və Tehran şəhərləri "bacılaşdı"

Tarix:

18-01-2023, 15:53

/ 2 925 dəfə oxundu.
İrəvan və Tehran şəhərləri "bacılaşdı"

Yanvarın 19-dək İrəvanla Tehran arasında "bacılaşma”sının elan edilməsinə dair saziş imzalanacaq.

"İrəvan meri Qraçya Sarkisyan Tehrana səfər edib. Bu səfər Tehran meri Əlirza Zəkaninin dəvəti ilə həyata keçirilib. Səfər çərçivəsində İrəvan meri həmkarı Əlirza Zəkani və Tehran Şəhər Şurasının sədri Mustafa Çəmranla görüşəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan böyük ölkələrin regiondakı bacısı rolunda iştirak etdiyi üçün onun şəhərləri də bu ölkələrin şəhərləri ilə qardaşlaşmır, məhz bacılaşır.


скачать dle 12.1

Şərhlər