SON DƏQİQƏ

İranda daha bir BİYABIRÇILIĞIN ÜSTÜ AÇILDI

Tarix:

23-11-2022, 10:20

/ 1 751 dəfə oxundu.
İranda daha bir BİYABIRÇILIĞIN ÜSTÜ AÇILDI

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.

CNN həbs edilənlərin bir çoxunun həbsxanalarda və polis bölmələrində təhqiredici rəftara məruz qalırdığını yazıb.

"Aksiyalarda iştirak edən 20 yaşlı qız polis bölmələsində cinsi zorakılığa məruz qalıb. Kürd əsilli Xana (təhlükəsizlik məqsədilə adı dəyişdirilib – red.) saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Onun saxlanıldığı ərəfədə anasına Mahabad şəhərindəki həbsxananın müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını heç bir halda qızlarını evdən buraxmamağa çağırıb, səbəb kimi deyib ki, İran həbsxanalarında qadınlarla çox pis rəftar olunur. Buna baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadın kimi hicabını açıq şəkildə yandırıb. Polis onu, bir neçə qadını və 13-14 yaşlı yeniyetmələri polis bölməsinə aparıb”, - məlumatda deyilir.

Xana nəşrə bildirib ki, burada onlara cinsi təcavüz edilib:

"Kamera yoldaşları Xanaya baş verən zorlamalar barədə danışıblar. O özü də saxlanılan yeniyetmələrdən birinin bacısının polisin dindirmə otağında zorlanmasının şahidi olub. Buna etiraz edən qızın bacısını isə polis dəyənəklə döyüb. Xana da zorakılığa məruz qalıb. O bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və orada cinsi əlaqə qarşılığında ona azadlıq vəd edərək hücum edib”.

Bildirilir ki, Xananın müsahibəsi zamanı qızın boynunda qançır izi görünüb:

"İnsanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur. Çünki polis qadınları qorxudur. Onlar qadınları hədələyir ki, başlarına gələnləri deməsinlər. Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib”.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb:

"İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd "Molotov kokteyli” aşkar etdiyini deyib. Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılmışdı. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər. Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub, həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Onun hekayəsi ictimailəşəndə ​​polis qızı xəstəxanadan aparıb. Qızın yerli həbsxanaya köçürüldüyü bildirilsə də, bu məlumat tam təsdiqini tapmayıb. Baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxladıq, lakin Armitanın heç bir qeydinin qalmadığını bildirdilər”.

скачать dle 12.1

Şərhlər