SON DƏQİQƏ

İranda məscidin imamı qətlə yetirildi

Tarix:

4-11-2022, 08:18

/ 1 476 dəfə oxundu.
İranda məscidin imamı qətlə yetirildi

İranın Sistan-Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahidan şəhərinin böyük məscidinin imamı Höccətülislam Səccad Şəhraki silahlı şəxsin hücumuna məruz qalıb.

Bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri məlumat yayıb.

Tahiri bildirib ki, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib:

"Üzləri bağlı olan 2 nəfər "Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.

Baş vermiş hadisə ilə əlaqədar vilayətin polis idarəsi tərəfindən cinatət işi qaldırılıb və təcili olaraq əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Qeyd edək ki, sentyabrın əvvəllərində Tehranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün örtmədiyinə görə zorakılığa məruz qalaraq ölməsindən sonra İranda kütləvi aksiyalar başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ