SON DƏQİQƏ
» » İranda polkovnikin ardınca zabit güllələndi- NƏ BAŞ VERİR?

İranda polkovnikin ardınca zabit güllələndi- NƏ BAŞ VERİR?

Tarix:

23-05-2022, 11:34

/ 2 368 dəfə oxundu.
İranda polkovnikin ardınca zabit güllələndi- NƏ BAŞ VERİR?

İranın Sistan-Bəluçistan əyalətinin Gəluqah mahalında polis zabiti öldürülüb.

Bu barədə "Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, baş leytenant Vəhid Nazeri Tiləno kəndində öz evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.

Hücum edən şəxslərin kimliyi barədə dəqiq məlumat yoxdur. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün axtarış-əməliyyat tədbirləri başlanıb.

Qeyd edək ki, ötən gün SEPAH polkovniki Tehranda evinin önündə güllələnərək qətlə yetirilmişdi.

скачать dle 12.1

Şərhlər