SON DƏQİQƏ

İranda son durum necədir?

Tarix:

27-09-2022, 18:55

/ 1 810 dəfə oxundu.
İranda son durum necədir?

İranda etiraz aksiyalarında öldürülən şəxslərin sayı 76 nəfərə çatıb.

Bu barədə İran İnsan Haqları Mərkəzi məlumat yayıb.

Məlumata görə, ən çox ölü sayı Mazandaran əyalətində qeydə alınıb. Bu əyalətdə iğtişaşlar nəticəsində 25 nəfər ölüb.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ