SON DƏQİQƏ
» » İranda etiraz aksiyalarında 10 nəfər öldürüldü

İranda etiraz aksiyalarında 10 nəfər öldürüldü

Tarix:

22-09-2022, 10:57

/ 1 503 dəfə oxundu.
İranda etiraz aksiyalarında 10 nəfər öldürüldü

İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb.

Bu barədə yerli kürd hüquq müdafiə şəbəkəsi məlumat yayıb.

Eyni zamanda qeyd olunub ki, Güney Azərbaycanın Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla 24 ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

скачать dle 12.1

Şərhlər