SON DƏQİQƏ

İranda kəskin etiraz aksiyası başladı

Tarix:

17-07-2021, 20:01

/ 4 146 dəfə oxundu.
İranda kəskin etiraz aksiyası başladı

İranın Xuzistan əyalətində su qıtlığı ilə əlaqədar kəskin etiraz aksiyaları yenidən başlayıb.

Bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, suyun çatışmazlığına Harun çayının dayazlaşması səbəb olub:

"Etirazı təşkil edən yerli sakinlərin açdığı atəş nəticəsində bir nəfər ölüb. Etirazçılar yolları bağlamaq üçün təkərləri də yandırdılar, İran təhlükəsizlik qüvvələri isə atəş səsləri altında izdihamı dağıtmağa çalışıb".

Qeyd edək ki, bir neçə gün öncə İranın etnik ərəblərin yaşadığı Xuzistan əyalətinin Xorrəmşəhr bölgəsinin əhalisi də etiraz aksiyası keçirib.

скачать dle 12.1

Şərhlər