SON DƏQİQƏ

Ukraynada azərbaycanlı qəhrəman dəfn edildi

Tarix:

18-11-2022, 08:13

/ 2 336 dəfə oxundu.
Ukraynada azərbaycanlı qəhrəman dəfn edildi

Ukraynada qəhrəmancasına həlak olan azərbaycanlı döyüşçü Sabir Qəzənfərov dəfn olunub.

Ukraynanın müdafiəsi uğrunda həlak olan azərbaycanlı ilə vida mərasimi keçirilib.

Onun sözlərinə görə, mərasimdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad, idarə heyətinin üzvləri, Krım tatarlarının liderlərindən Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib.

Sabir Qəzənfərov könüllü döyüşçü olub, Baxmut istiqamətində həlak olub, həyat yoldaşı Katya da Ukrayna uğrunda döyüşür. O, Sabirin könüllü dəstələrə qoşulduğunu, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas etdiyini bildirib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib.

Qeyd edək ki, Ukrayna uğrunda döyüş şəraitində həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.

скачать dle 12.1

Şərhlər