SON DƏQİQƏ
» » Ukraynada hava zərbəsi nəticəsində üç azərbaycanlı həlak olub

Ukraynada hava zərbəsi nəticəsində üç azərbaycanlı həlak olub

Tarix:

26-02-2022, 08:11

/ 1 277 dəfə oxundu.
Ukraynada hava zərbəsi nəticəsində üç azərbaycanlı həlak olub

Rusiya hərbi qüvvələrinin Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azərbaycanlı ailə həlak olub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

"Bu gün Rusiyanın Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində Azərbaycanın Cəbrayıl rayonundan olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və uşaqları həlak olub.

Biz dərin hüznlə başsağlığı verir və bütün dünyanı susmamağa çağırırıq!

Allah ölənlərə rəhmət eləsin!”, - səfir sosial şəbəkə hesabında yazıb.

скачать dle 12.1

Şərhlər