SON DƏQİQƏ

Ukrayna öz itkilərinin sayını açıqladı

Tarix:

24-02-2022, 12:40

/ 2 322 dəfə oxundu.
Ukrayna öz itkilərinin sayını açıqladı

Rusiyanın bu səhər hücumu nəticəsində 3 sərhədçi, 7 hərbçi və iki mülki vətəndaş həlak olub.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hazırda 3 sərhədçinin həlak olması və yaralılar barədə məlumat var. Heç nəyə baxmayaraq, sərhədçilər işğalçı ilə döyüşür”, - məlumatda bildirilib.

Bildirilib ki, Xerson vilayətinin Kopani və İvano Xersonsk yaşayış məntəqələrində döyüşlər gedir.

Qeyd edək ki, bundan öncə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko Brovarıya endirilən hava zərbəsi nəticəsində bir nəfərin həlak olduğunu, 6 nəfərin yaralandığını bildirmişdi.

Həmçinin, Mariupolda bir uşaq və üç mülki şəxs yaralandığı açıqlanmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ