SON DƏQİQƏ

Ukraynada daha bir soydaşımız həlak oldu

Tarix:

20-10-2022, 08:28

/ 1 399 dəfə oxundu.
Ukraynada daha bir soydaşımız həlak oldu

"Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub”.

Bunu Odessada fəaliyyət göstərən "Birlik” dispor təşkilatının sədr müavini Anar Ağazadə sosial media hesabında paylaşıb.

O bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur.

 

Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var.

Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib.

Qeyd edək ki, Vahid Əzizovun qardaşı hazırda Baxmut istiqamətində döyüşür

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ