SON DƏQİQƏ
» » Ukrayna yenidən raket atəşinə tutuldu- ÖLƏN VƏ YARALANAN VAR

Ukrayna yenidən raket atəşinə tutuldu- ÖLƏN VƏ YARALANAN VAR

Tarix:

17-11-2022, 13:17

/ 1 775 dəfə oxundu.
Ukrayna yenidən raket atəşinə tutuldu- ÖLƏN VƏ YARALANAN VAR

Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar.

Məlumata görə, həmçinin Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.

Bildirilib ki, Rusiya hərbçilərinin Zaporojye vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bundan əlavə, Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır.

Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.

Ukraynanın Baş naziri Denis Şmıqal isə Rusiyanın budəfəki zərbələrinin hədəfinin ölkənin qaz hasilatı müəssisələri, xüsusilə Dneprdəki "Yujmaş" zavodu olduğunu açıqlayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ