SON DƏQİQƏ
» » Raketlə vurulan ticarət mərkəzində azərbaycanlı olub?

Raketlə vurulan ticarət mərkəzində azərbaycanlı olub?

Tarix:

28-06-2022, 08:08

/ 1 649 dəfə oxundu.
Raketlə vurulan ticarət mərkəzində azərbaycanlı olub?

Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.

Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə rəhbəri Füzuli Qənbərov Azərtac-a açıqlamasında ilkin məlumata görə, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımızın olmadığını bildirib.

"Xilasetmə tədbirləri davam edir, Kremençuq şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, təşkilatımızın diaspor fəalları hadisə yerindədirlər. Kremençuqda yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı ticarət mərkəzində olmadıqları müəyyən edilib”, - Füzuli Qənbərov əlavə edib.

Qeyd edək ki, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ