SON DƏQİQƏ
» » Rusiya avtovağzalı raketlə vurdu- 52 ölü var- YENİLƏNİB

Rusiya avtovağzalı raketlə vurdu- 52 ölü var- YENİLƏNİB

Tarix:

9-04-2022, 08:00

/ 1 364 dəfə oxundu.
Rusiya avtovağzalı raketlə vurdu- 52 ölü var- YENİLƏNİB

Rusiyanın Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub.

Bu barədə "Ukrzaliznitsiya” şirkətinin idarə heyətinin rəhbəri Aleksandr Kamışin Teleqramda yazıb.

"Kramatorsk dəmir yolu stansiyasına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir”, - o bildirib.

Qeyd edək ki, Zelenski vağzalın "Toçka-U" raketi ilə vurulduğu açıqlayıb.

***

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

Onlardan 4-nün uşaq olduğu bildirilir.

***

Rusiyanın Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.

Bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

Ölənlərdən 5-i uşaqdır.

***

Rusiyanın Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 52-yə çatıb, yaralıların sayı isə 109 olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ