SON DƏQİQƏ
» » İran Ermənistana belə dəstək oldu- BİZ BURDAYIQ!

İran Ermənistana belə dəstək oldu- BİZ BURDAYIQ!

Tarix:

21-10-2022, 17:36

/ 2 341 dəfə oxundu.
İran Ermənistana belə dəstək oldu- BİZ BURDAYIQ!

Qafan sakinlərinə məsləhətim odur ki, narahat olmasınlar. Biz erməni xalqı üçün burdayıq.

Bunu erməni mətbuatına açıqlamasında İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin deyib.

"Biz Ermənistanda sülh elçiləriyik və onu sabit ölkə kimi görmək istəyirik. İranın yüksək səviyyəli şəxslərinin qeyd etdiyi kimi, biz regionda hər hansı sərhəd dəyişikliyini qəbul edə bilmərik.

Mən erməniləri İran erməniləri kimi təsəvvür edirəm. Onlar ölkəniz və Qafan sakinləri kimi çox mədəni və dostcanlı insanlardır”, - konsul bildirib.

Qeyd edək ki, İranın Qafandakı konsulluq binasının açılışı bu gün baş tutub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ