SON DƏQİQƏ
» » Yevlaxda şagirdlərə "Xamenei" mahnısı öyrədilir?- ŞOK

Yevlaxda şagirdlərə "Xamenei" mahnısı öyrədilir?- ŞOK

Tarix:

28-06-2022, 18:18

/ 2 316 dəfə oxundu.
Yevlaxda şagirdlərə "Xamenei" mahnısı öyrədilir?- ŞOK

Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagirdlərə İranın Ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.

GunAz.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.

Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə açıqlama veriləcək.

***

Mərkəzi Aran Regional Təhsil İdarəsi müəllimin görüntüləri ilə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən verilən məlumata görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ