SON DƏQİQƏ

AMEA niyə prezidentsiz qalıb?

Tarix:

20-05-2022, 13:10

/ 1 500 dəfə oxundu.
AMEA niyə prezidentsiz qalıb?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini hələ ki, akademik Arif Həşimov icra edir. Yeni prezidentin nə vaxt seçiləcəyi ilə bağlı məlumat yoxdur.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat Xidmətinin rəhbəri Azadə Balayeva deyib.

A.Balayeva bildirib ki, prezident seçilməsi üçün Rəyasət Heyəti namizəd irəli sürülməlidir:

"Ümumi yığıncaq haqda qərar hazırda yoxdur və yaxın zamanda da gözlənilmir”.

Xatırladaq ki, AMEA-da Ümumi yığıncaq fevralın 19-u və aprelin 27-i keçirilib. Ancaq heç birində prezident seçilməyib.

Ramiz Mehdiyevin istefasından sonra qurum 3 aydan çoxdur ki, prezidentsizdir.

скачать dle 12.1

Şərhlər