SON DƏQİQƏ

AMEA-ya yeni birinci vitse-prezident təyin olundu

Tarix:

5-11-2021, 22:47

/ 1 410 dəfə oxundu.
AMEA-ya yeni birinci vitse-prezident təyin olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katibi vəzifələrini icra edən şəxs məlum olub.

GunAz.az xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Belə ki, iclasda akademik Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti, həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ