SON DƏQİQƏ

Bundan sonra AMEA-ya kim rəhbərlik edəcək?

Tarix:

14-02-2022, 20:54

/ 1 306 dəfə oxundu.
Bundan sonra AMEA-ya kim rəhbərlik edəcək?

AMEA-nın taleyi necə olacaq, rəhbərliyə kim gələcək, bu barədə danışmaq hələ tezdir”.

Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun rəhbəri, akademik Rasim Əliquliyev deyib.

 

Ramiz Mehdiyevin istefasından sonra Akademiyaya kimin rəhbərlik edəcəyi barədə danışan R.Əliquliyev bildirib ki, AMEA Rəyasət Heyəti prosedurları aydınlaşdırmaq üçün yenidən toplaşacaq:

"AMEA-nın prezidenti Rəyasət Heyətinin bu gün keçirilən iclasında istefa verdi. O istefasını Rəyasət Heyətinə təqdim etdi. Heyət isə buna hörmətlə yanaşdı, ona uğurlar arzuladı.

AMEA-nın taleyi necə olacaq, rəhbərlik kim olacaq və s. bu kimi suallar açıq qalır. Lakin birinci vitse-prezident var, o öz işini davam etdirir. Namizədlərin təyin olunması, rəhbər seçilməsi və digər kollegial məsələdir, AMEA bunun üçün yenidən toplaşmalıdır. İndidən nə isə demək çətindir”.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib.

Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovdur. Qurumun nizamnaməsinə əsasən, müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir. Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ