SON DƏQİQƏ

Ukraynada daha bir azərbaycanlı zabit yaralandı

Tarix:

7-05-2022, 13:43

/ 2 200 dəfə oxundu.
Ukraynada daha bir azərbaycanlı zabit yaralandı

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.

Bu barədə Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov məlumat verib.

Bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Ruslan Müslim oğlu Əliyevdir.

O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.

"Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik", - Ə.Səfərov əlavə edib.

скачать dle 12.1

Şərhlər