SON DƏQİQƏ
» » Ukrayna merindən azərbaycanlı gənclərə şad xəbər- Hazıram

Ukrayna merindən azərbaycanlı gənclərə şad xəbər- Hazıram

Tarix:

7-07-2021, 14:12

/ 4 197 dəfə oxundu.
Ukrayna merindən azərbaycanlı gənclərə şad xəbər- Hazıram

Ukraynanın Poltava şəhərinin meri, ölkənin tanınmış ictimai-siyasi xadimi Oleksandr Mamay yeni yaranmış "Ukrayna-Azərbaycan Gənclər Hərəkatı"nın sədri, azərbaycanlı Əkbər Hüseynzadə ilə görüşüb.

Hərəkatdan verilən məlumata görə, görüşdə qəbul üçün minnətdarlığını bildirən Ə. Hüseynzadə Poltava vilayətindən start götürən yeni yaranmış hərəkat barədə O. Mamaya məlunəmat verib.

O bildirib ki, hərəkatın məqsədi Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında gənclərin fəaliyyətini istiqamətləndirməyə dəstək olmaq, yenilənən Ukraynada gənclərin fəaliyyətini mobilləşdirməkdir. Gənc hərəkat sədri, Poltava meriyası ilə də birgə aksiyalarda maraqlı olduqlarını, bu istiqamətdə təkliflərini səsləndirib.

Oleksandr Mamay isə belə bir hərəkatdan məmnunluğunu, bunun bölgənin ictimai həyatında hərəkətliliyin intensivləşməsinə səbəb olacağını bildirib:

"Bu yöndə istənilən təklifinizə açığıq. Birgə nə lazımdırsa edərik. Azərbaycanlı gənclərin bu addımı təqdirə layiqdir və mən sizə dəstəyə hazıram", - o əlavə edib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ