SON DƏQİQƏ

Zelenskidən azərbaycanlı hərbiçilərə jest

Tarix:

7-05-2022, 11:36

/ 1 809 dəfə oxundu.
Zelenskidən azərbaycanlı hərbiçilərə jest

Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.

Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın "İgidliyə görə" ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Xatırladaq ki, Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ