SON DƏQİQƏ

Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ

Tarix:

4-05-2022, 20:49

/ 1 631 dəfə oxundu.
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ

Paytaxtın Heydər Əliyev, Azadlıq və Qara Qarayev prospektlərinin bir hissəsində təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, yeni asfalt-beton örtüyü döşənib.

Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kvadratmetr sahədə, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kvadarmetr sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP-sı təşkilatının inzibati binasının önü) 600 kvadratmetr sahəsində təmir işləri həyata keçirilib.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq aprelin 30-da və mayın 1-də qeyri-iş günlərində yerinə yetirilib.

скачать dle 12.1

Şərhlər