SON DƏQİQƏ
» » Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Tarix:

9-04-2022, 11:36

/ 1 410 dəfə oxundu.
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Səudiyyə Ərəbistanı cari ildə Həcc ziyarəti üçün ölkə daxilindən və xaricdən ümumilikdə 1 milyon ziyarətçini qəbul edəcək.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ziyarətçilər hər ölkənin payına düşən saya görə müəyyənləşəcək:

"Bu il müqəddəs torpaqlarda qəbul ediləcək ziyarətçilərin yaşı 65-dən aşağı olacaq. Ziyarətə gələn şəxslərin COVİD-19 pasportu olması da mütləqdir”.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün xaricdən ziyarətçi qəbul etməyəcəyini açıqlamışdı.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ