SON DƏQİQƏ
» » Bu gün Olimpiya stadionunun işıqları söndürüləcək

Bu gün Olimpiya stadionunun işıqları söndürüləcək

Tarix:

26-03-2022, 17:28

/ 2 546 dəfə oxundu.
Bu gün Olimpiya stadionunun işıqları söndürüləcək

Bu gün saat 20:30-dan 21:30-a kimi "Yer saatı” hərəkatına dəstək məqsədi ilə Bakı Olimpiya Stadionunun işıqları söndürüləcək.

Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.

Məlum olduğu kimi, elektrik enerjisinin istehsalı nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. "Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməklə cəmiyyətdə enerjiyə qənaətin təşviq edilməsidir.

скачать dle 12.1

Şərhlər