SON DƏQİQƏ
» » "Azərişıq"dan balans artımı ilə bağlı yenilik

"Azərişıq"dan balans artımı ilə bağlı yenilik

Tarix:

7-02-2022, 13:14

/ 2 482 dəfə oxundu.
"Azərişıq"dan balans artımı ilə bağlı yenilik

Azərişıq ASC NFC texnologiyasını dəstəkləyən elektrik sayğaclarını istifadəyə verməyə hazırlaşır.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu növ sayğacların balansını mobil telefonla artırmaq mümkündür. Ödəniş etmək üçün "Azərişıq” mobil tətbiqi yüklənməli, balans artırılmalı, daha sonra mobil telefon sayğaca yaxınlaşdırılmaqla məbləğ qurğunun balansına köçürülməlidir.

 

Bu yenilik sayəsində abunəçi elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək.

NFC topli sayğacların digər müsbət tərəfi isə odur ki, sayğacın aylıq oxunmasına ehtiyac qalmır. Bu da abunəçi -nəzarətçi təmasını aradan qaldırır və şəffaflığı tam təmin edir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər