
Bəzi hallarda insanlar arasında qeyri-adi adlara rast gəlirik. Hətta bəzi valideynlərin qoyduğu adlar sonradan cəmiyyətdə gülüşlə qarşılanır. Ölkədə uşaqlara qoyulan bəzi adların qadağan edilməsi gündəmə gəlib.
Məsələ ilə bağlı Dilçilik institunun baş direktoru Nadir Məmmədli danışıb.
O, deyib ki, adların qoyulması məsələsi tənzimlənməlidir.
Uşaqlara qoyunlan bəzi adların qadağan oluna bilər.
Baş direktorun sözlərinə görə, bəzi valideynlər uşaqlarına necə gəldi ad qoyurlar:
"Ən çox problemlər ərəb, fars adları ilə bağlı olur. Bu məsələdə tənzimlənməyə ehtiyac var
Uşağa ad seçərkən onun mənası da mütləq araşdırılmalıdır.Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Bu, uşağın gələcəyinə də təsir edir. Uşaq böyüyüb öz adının mənasını başa düşəndə utanır".
Nadir Məmmədli əlavə edib ki, valideynlər ölkəmizdə adlarla bağlı nəşr edilən kitablardan da yararlana bilərlər.
Nadir Məmmədli həmçinin bildirib ki, rus soyad sonluqlarından qurtarmaq lazımdır.
Qeyd edək ki, dilçilik inttitunda adlarla bağlı qaynar xətt də fəaliyyət göstərir. Vətəndaşlar həmin qaynar xəttə zəng edərək seçdikləri adların mənasını öyrənə bilərlər




























