SON DƏQİQƏ

Bakıda məşhur restoran cərimələndi

Tarix:

18-01-2022, 17:58

/ 2 217 dəfə oxundu.
Bakıda məşhur restoran cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 17-də ölkə üzrə 430 ictimai iaşə obyektində 768 monitorinq keçirilib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Qüllə küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Məzahir Fərman oğlu Məmmədliyə məxsus "Gulle Garden” restoranı;

2. Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti 39 ünvanında yerləşən, hüquqi şəxs Es-Er MMC-yə məxsus "Biz-Bizə” restoranı;

 

3. Bakı şəhəri, Nərimanov rayonu, X. Şuşinski küç., ev 76 ünvanında yerləşən, fiziki şəxs Rəşad Xanlar oğlu Abbasova məxsus "Beyaz” restoranı;

4. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 26, m. 17/18 ünvanında yerləşən, fiziki şəxs Nərminə Həsənağa qızı Səlimzadəyə məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov küç., ev 148B ünvanında yerləşən, fiziki şəxs Aslan Elman oğlu Xankişiyevə məxsus "Qoç ət” restoranı;

6. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 65 ünvanında yerləşən, fiziki şəxs Qabil Fazil oğlu Əmrullayevə məxsus "Qağayı” çay evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ