SON DƏQİQƏ

Ofislərin icarəsi ilə bağlı YENİLİK

Tarix:

16-12-2021, 20:36

/ 1 651 dəfə oxundu.
Ofislərin icarəsi ilə bağlı YENİLİK

Yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər.

Bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bu zaman Normaların 7.2.13-cü yarımbəndinin ( İctimai təyinatlı sahələrin binanın yaşayış hissəsindən təcrid olunmuş girişləri və təxliyyə çıxışları olmalıdır) tələbləri nəzərə alınmalıdır.

Hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.

скачать dle 12.1

Şərhlər