
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib. Nazir mülk sahibləri və sahibkarların mülklərini sığortalamalı olduğunu bildirib. "Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə heç bir problemimiz olmayacaq", - nazir qeyd edib.