
Lerikdə şəhidimiz, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Mükafat oğlu Yaqublunun şərəfinə ucaldılmış bulaq abidə kompleksinin açılışı olub.
Açılış mərasimində şəhidimizin ailə üzvləri, dostları, Lerik Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidin həyatından və döyüş yolundan danışılıb, əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, Əliqismət Yaqublu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçın rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib.
Allah rəhmət eləsin!






























