SON DƏQİQƏ

Laçında şəhid olan hərbiçimiz dəfn olundu

Tarix:

17-06-2021, 20:33

/ 4 078 dəfə oxundu.
Laçında şəhid olan hərbiçimiz dəfn olundu

İyun ayının 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Laçın rayonunun Cicimli kəndi yaxınlığında "MAZ” markalı yük avtomobili ilə qəzaya düşərək dünyasını dəyişən hərbi qulluqçumuz baş leytenant Nəsibov Elməddin Süleyman oğlu ilə vida mərasimi keçirilir.

Vida mərasimi şəhidimizin dünyaya göz açdığı Tovuz rayonunda keçirilir.

Vida mərasimində şəhidimizin döyüş yoldaşları, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon ictimaiəti iştirak edir.

Məlumat üçün bildirək ki, 32 yaşlı baş leytenant 3-cü dərəcəli Vətən uğrunda, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhidimiz ailəli idi.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ