SON DƏQİQƏ
» » DSX iki hərbiçinin ölümü ilə bağlı məlumat yaydı

DSX iki hərbiçinin ölümü ilə bağlı məlumat yaydı

Tarix:

17-06-2021, 10:10

/ 4 212 dəfə oxundu.
DSX iki hərbiçinin ölümü ilə bağlı məlumat yaydı

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

 

Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ