SON DƏQİQƏ

Bu dərmanlat apteklərdə niyə yoxa çıxdı?

Tarix:

2-11-2021, 15:27

/ 1 499 dəfə oxundu.
Bu dərmanlat apteklərdə niyə yoxa çıxdı?

Uşaqlar üçün soyuqdəymə, qızdırma və qrip əleyhinə istifadə olunan "Loroben”, "Azitromisin”, "Terapin BİD”, "Fibron”, "Plumoksol”, "Desloratadin”, "Oronom”, "Snup” kimi dərmanlar apteklərdə tapılmır. Tapılanda isə "firma dərmanı” adı ilə baha qiymətə satılır.

"Zəfəran” aptekdə "Terapin BİD” və "Fibron” yoxdur. Bildirildi ki, bu dərmanlar yalnız bəzi apteklərdə qalıb. "Terapin BİD”in qiyməti 14 manat 8 qəpikdir.

"Elit” aptekdə soyuqdəymə əleyhinə bütün dərmanlar olsa da, bu aptekdə də "Terapin BİD” yoxdur.

"Çeburaşka” aptekindən bildirildi ki, "Fibron”gətirilmir, lakin əvəzedici olaraq "Ambroksol” satılır.

"Səma” aptekdə də "Terapin BİD”, "Fibron”, "Plumoksol” yoxdur.

скачать dle 12.1

Şərhlər