SON DƏQİQƏ
» » Bakıda “Korvalol” yoxa çıxdı, “Valerian”ın isə defisiti yaşanır

Bakıda “Korvalol” yoxa çıxdı, “Valerian”ın isə defisiti yaşanır

Tarix:

9-07-2021, 15:32

/ 3 387 dəfə oxundu.
Bakıda “Korvalol” yoxa çıxdı, “Valerian”ın isə defisiti yaşanır

Bakıda müxtəlif ərazilər üzrə fəaliyyət göstərən apteklərdə son zamanlar "Valerian” və "Korvalol”sakitləşdiricilərini tapmaq müşkül hala çevrilib.

Bu barədə daxil olan vətəndaş şikayətində bildirilib.

Məsələ ilə bağlı saytımız apteklər arasında sorğu keçirib.

"Zəfəran” apteklər şəbəkəsindən bildirildi ki, "Korvalol” bir müddətdir Azərbaycana gətirilmədiyi üçün depoda da yoxdur. Qeyd edilib ki, aptekdə "Valerian” da yox idi, lakin hazırda var.

"Elit” apteklər şəbəkəsindən də hazırda "Valerian” olduğu vurğulandı. "Korvalol” isə yoxdur.

"Çeburaşka” aptekindən bildirildi ki, gündəlik az sayda "Valerian” və "Korvalol” gəlir və tez zamanda satılır.

"Həyat” apteklər şəbəkəsindən uzun müddətdir "Valerian”ın olmadığını, lakin dünəndən etibarən gətirildiyi qeyd edildi. "Korvalol” isə ümumilikdə ölkədə heç bir yerdə yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ