
Dünyada qida böhranı başlayıb.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatında tənəzzülün qarşısının alınması barədə dəqiq proqramı hazırda heç kim verə bilmir:
"Aydındır ki, dünyada qida böhranı başlayır. Qida məhsullarının qiymətləri hər yerdə artır, qida inflyasiyası güclənir”.
Medvedyev baş verənlərin 2008-2009-cu il maliyyə böhranından daha ciddi olduğunu deyib.
O, böhranın inkişaf etmiş ölkələrə güclü zərbə vurduğunu bildirib.






























