SON DƏQİQƏ

DİN bu ərazi ilə bağlı hərəkətə keçdi

Tarix:

22-10-2021, 15:42

/ 2 442 dəfə oxundu.
DİN bu ərazi ilə bağlı hərəkətə keçdi

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O bildirib ki, görüntülərdə əks olunan ərazi tam nəzarətə götürülüb: "Həmin ünvanda neqativ halların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.

"Əraziyə naryad qrupu 24 saat fasiləsiz xidmətə cəlb edilib”, - deyə DİN rəsmisi əlavə edib.

 

Qeyd edək ki, ötən gün Baku TV-nin əməkdaşları Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma olan ərazidə olublar.

İddia edilib ki, ərazidə toplaşan insanlar mütəmadi olaraq narkotik qəbul edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ