SON DƏQİQƏ

Bakıda sabah hava isti olacaq

Tarix:

12-10-2021, 12:55

/ 2 427 dəfə oxundu.
Bakıda sabah hava isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər