SON DƏQİQƏ
» » Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı

Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı

Tarix:

24-09-2021, 12:10

/ 3 519 dəfə oxundu.
Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı

Daşkəsən rayonunda itkin düşən 21 yaşlı İsmət Bayramov və 11 yaşlı Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: "Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ