SON DƏQİQƏ
» » Rza Deqati: Rusiya sizin ölkə olmayıb, İran isə vətənimizdir!

Rza Deqati: Rusiya sizin ölkə olmayıb, İran isə vətənimizdir!

Tarix:

14-08-2021, 08:23

/ 2 564 dəfə oxundu.
Rza Deqati: Rusiya sizin ölkə olmayıb, İran isə vətənimizdir!

Biz İranı öz ölkəmiz sayırıq.

GunAz.az xəbər verir ki, bu sözləri dünya şöhrətli fotoqraf Rza Deqati Virtualaz.org-a müsahibəsində deyib.

O, jurnalistin "Mən 1999-cu ildə Təbrizdə Səttarxanın nəvəsini tapdım. O, həkim işləyir. Bilirsiz qəribəsi nədir? Cənubi Azərbaycanın muxtariyyəti uğrunda mübarizənin banisinin nəvəsi milli özünüdərkdən və milli şüurdan tamamilə uzaqdır. Mənə dedi ki, onun Vətəni bütöv və bölünməz İrandır” sualına belə aydınlıq verib:

"Şimali Azərbaycan, o cümlədən Bakı 170 il Rusiyanın hakimiyyəti altında olub. Baxın, rus mədəniyyətinin Şimali Azərbaycana təsiri nə qədər böyükdür! Bu gün də əksər insanlar övladlarını rus məktəblərində oxudur, çoxları üçün rus dili doğma dildir. İdentik proses Azərbaycanın digər hissəsində də gedib. Odur ki, Səttarxanın nəvəsinin reaksiyasına təəccüblənmək lazım deyil. Hamımız məktəbdə farsca oxumuşuq, fars mədəniyyəti bizim mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib.

Sizdən fərqli olaraq, biz İranı öz ölkəmiz sayırıq. Öz dövlətimiz üçün milli məsuliyyət hiss edirik. İran bizim evimizdir. Odur ki, İranı daha çox metropoliya olmuş Sovet dövləti ilə müqayisə etmək gərək deyil. Rusiya heç vaxt sizin ölkəniz olmayıb. İran isə bizim Vətənimizdir.

Mən İran diasporunun aparıcı nümayəndələri, bizim Qərbdəki ziyalılarımız ilə çox ünsiyyətdə oluram. İrandakı hakimiyyətin hətta ən qızğın əleyhdarları belə bizim dövlətçiliyimizin parçalanmasına qarşı çıxış edir. Bəli, bizim üçün İranın federallaşması, İranda yaşayan azərbaycanlıların, türkmənlərin, ərəblərin, kürdlərin və digər xalqların mədəni-milli muxtariyyətinin genişlənməsi cəlbedicidir”.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər