SON DƏQİQƏ

Azərbaycanlı pianoçudan təqdirəlaiq hərəkət

Tarix:

12-08-2021, 09:19

/ 4 356 dəfə oxundu.
Azərbaycanlı pianoçudan təqdirəlaiq hərəkət

Türkiyənin Mərsin şəhərində yaşayan 56 yaşlı azərbaycanlı pianoçu Mehriban Məmmədova, 200-ə yaxın küçə heyvanlarına sahib çıxıb.

Mehriban xanım evinin ətrafında 30 hektar sahədə itlər və pişiklər üçün yuvalar qurub. Burada onların müalicəsini etdirir, ehtiyaclarını ödəyir. Daha sonra isə onları sahibləndirir.

 

Bundan başqa, Mehriban Məmmədova özəl piano dərslərindən əldə etdiyi qazancı heyvanları müdafiə təşkilatlarına bağışlayır.

Qeyd edək ki, Mehriban Məmmədova Azərbaycandan Türkiyəyə 2000-ci ildə köçüb. O, Mezitli rayonun Çankaya bölgəsinə yerləşib. 16 il burada yaşayan pianoçu, qonşularının heyvanlardan narahat olması səbəbi ilə 2016-cı ildə evini dəyişib. Mehriban xanım indiki evində balaca dostları ilə daha xoşbəxt olduğunu bildirib. Lent.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər