SON DƏQİQƏ

22 yaşlı gənc Xəzərdə batdı

Tarix:

10-08-2021, 22:19

/ 1 334 dəfə oxundu.
22 yaşlı gənc Xəzərdə batdı

Xəzər dənizində 22 yaşlı gənc batıb.

Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Oqtay Vidadi oğlu Abbasovun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Oqtay Vidadi oğlu Abbasovun axtarışları başa çatıb.

O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


скачать dle 12.1

Şərhlər