SON DƏQİQƏ
» » Dənizdə batan gəncin meyiti TAPILDI - YENİLƏNİB

Dənizdə batan gəncin meyiti TAPILDI - YENİLƏNİB

Tarix:

28-06-2021, 21:42

/ 1 439 dəfə oxundu.
Dənizdə batan gəncin meyiti TAPILDI - YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.

Bu barədə GunAz.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

19:59

Şüvəlan çimərliyində boğulma hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


скачать dle 12.1

Şərhlər