SON DƏQİQƏ
» » Rusları Qarabağa buraxmırlar?- Bloger gördüklərindən danışdı

Rusları Qarabağa buraxmırlar?- Bloger gördüklərindən danışdı

Tarix:

29-07-2021, 15:38

/ 4 368 dəfə oxundu.
Rusları Qarabağa buraxmırlar?- Bloger gördüklərindən danışdı

Rusiyalı bloger Sergey vasilyev Xankəndinə gedib və yolda rusiyalı sülhməramlıların postlarını necə rahatlıqla keçdiyinə dair video paylaşıb.

Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış jurnalist Vahid Mustafayev məlumat paylaşıb: "Gördüyünüz bu videonu rus blogeri Sergey Vasilyev çəkib. Adını da "Rusları Qarabağa buraxırlarmı?” başlığı ilə qoyub. Vasilyev xarici vətəndaş olmağına baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki Laçın dəhlizində 5-6 postu rahat keçib və Xankəndiyə gəlib çıxıb. Belə çıxır ki, dəhlizdən istənilən ölkənin vətəndaşları Azərbaycan qanunvericiliyinə məhəl qoymayaraq, ürəkləri istəyən vaxt keçib Qarabağa (Azərbaycan ərazisinə) rahat daxil ola bilər?

 

Vahid Mustafayev daha sonar fikirlərini belə davam etdirib: "Bəs görəsən bizim Xarici İşlər nazirliyi (XİN) və Müdafiə Nazirliyi (MN) hara baxır? Vaxt var idi Qarabağa adi bir "Quş” Azərbaycandan icazəsiz gələndə "ANS” həyəcan təbili döyürdü və müvafiq dövlət qurumları tədbir görürdülər – kimisə qara siyahıya salır, interpola verirdilər. Müharibə hələ qurtarmayıb və bütün hökumət strukturları, media və ictimai təşkilatlar bütün işləri təkbaşına aparan Ali Baş Komandana dəstək olmalıdır!

Sabah ərazimizdə qanlı təxribat, terror törədilsə, kim cavab verəcək? Ruslar dəhlizə konkret nəzarət edə bilmir, ya da bunu istəmir. Bunu ön cəbhədə ardı kəsilməyən atışmalar bir daha sübut edir. Bəlkə gələcək 4 ildə Gorus-Laçın sərhədində sülhməramlılarla birgə Azərbaycanın nəzarət-keçid məntəqələrinin qurulmasının vaxtı çatıb? Sonra gec ola bilər”.

скачать dle 12.1

Şərhlər