
Halallıq dağından süzülən "Şəhidlər Bulağı”
2020-ci ilin payızında Azərbaycan
bədnam qonşusu Ermənistan üzərində qələbə qazanaraq 30 il işğal altında qalan ərazilərini düşmən tapdağından azad etdi. 44 gün çəkən Vətən müharibəsində şanlı zəfərin qazanılmasında dövlətimizin uğurlu xarici siyasətinin, düşmənlə müqayisədə aşkar hərbi vəiqtisadi üstünlüyünün, əsgər və zabitlərimizin
vətənpərvərliyinin və peşəkarlığının nə qədər əhəmiyyəti olubsa, Azərbaycan xalqının ordu iləbirlik nümayiş etdirməsinin,əsgər vəzabitlərimizə mənəvi dayaq göstərməsinin də böyük əhəmiyyəti olmuşdur. Şahidi olduğumuz kimi, döyüşən orduya, cəbhədə vuruşan əsgərlərə, onların öz valideynləri ilə görüşdükləri çadırlara, mənfur
düşmənin
dinc əhalini raket atəşinə tutduğu şəhər və rayonlarımızdakı sığınacaqlara xeyirxah insanların təşkil etdikləri maşın karvanları xeyli ərzaq,
geyim və yataq dəstləri, corab, əlcək, şəxsi gigiyena vasitələri və s. daşıdı.
Bu birlik, vəhdət
indi də davam etməkdədir. Müharibədən dərhal sonra şəhid
ailələrinə, əlillərə,
qazilərə qayğı məsələsi önə çıxdı və bu müstəvidə də xalqımız dövlətimizə etibarlı tərəf müqabili kimi çıxış etdi, qanı bahasına Qarabağı azad etmiş igid övladlarının yarasına məlhəm qoydu, şəhid
ailələrinə baş çəkərək təsəlli verdi, qazilərimizin
yarasına məlhəm oлdu. Qürurverici haldır ki, dünən
Silahlı Qüvvələrə Yardım Fonduna ianə verənlər bu gün YAŞAT Fonduna dəstək verirlər.
İndi isə Azərbaycan xalqı qəhrəman oğullarının xatirəsini
onların şəninə uyğun surətdə əbədiləşdirmək üçün əlindən gələni əsirgəmir. Dövlət təltifatlar təsis edir, tarixçi zəfər salnaməsi yazır, şair vətənpərvərlik
mövзuсуnda şeir qoşur, bəstəkar
damarlarda qanı coşduran musiqi bəstələyir, rəssam
qələbəyə aparan yolun rəsminiçəkir, heykəltaraş Azərbaycanəsgərinin əzəmətini daşlara həkk
edir. Təkcə incəsənət
adamlarıdeyil, sadə zəhmətkeş xalq sənətkarları da bu hərəkata töhfə verməyə çalışırlar.
Bu gün haqqında söz açdığımız İsmayıllı rayon sakini, usta Emil İsrafil oğlu Abdullayev də şəhidlərimizin ruhuna oxunan rəhmət dualarını artıran bir savab işə qol qoymuş, öz əlinin zəhməti ilə, şəxsi vəsaitini xərcləməklə "Şəhidlər Bulağı” inşa etmişdir.
Bir xeyirxah əməlin
izi ilə gedib İsmayıllı rayonunun Yeni Yol kəndinə çıxdıq. Yağışlı bir gün idi. Düzü, bir fikirləşdik ki, həmin gün getməyək.Amma Emil həvəslə, canı-dildən gördüyübu işi bizə göstərmək istəyində, o qədər israrlıydı ki, qəlbini
qıra, sözünü yerə sala
bilmədik. Təxmin etdiyimiz kimi, həddən artıq sadə, saf
bir gənc bizi qarşıladı. Evlidir, ailə-uşaq sahibi olmasına baxmayaraq, Emildə sanki bir balaca uşaq məsumluğu müşahidəetdik. Öyrəndik ki, Emil evinaxırıncı oğludur. Tale elə gətirib ki, anası Zərxanım gənc yaşından dul qalıb, uşaqlarıatasız böyüdüb. Bizimçün təmtəraqlı süfrə açmışdılar, xörək təklif etdilər: "Halal zəhmətlə qazanılıb, nuş edin”.Tərəddüскачать dle 12.1



























