SON DƏQİQƏ
» » Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymət оyunu

Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymət оyunu

Tarix:

8-07-2021, 12:03

/ 4 313 dəfə oxundu.
Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymət оyunu

Birdə baxırdın, bir qanmazın biri naqafil İsa babaya sual verir:

 

 

- Yadındadı, sən filan vaxtı, təbiəti mühaфizə müfəttişi işlədiyin zamanlar mənim silahımı nahaq yerəalmışdın? Hansı ki, mənim heç bir günahım yox idi.

İsa baba da özünəməxsus sakit və təmkinli tərziylə qarşısındakı adama cavab verərdi.

- Ay oğul, sən məsciddə namaz qılırdın, mən sənin silahыnı əlindən aldım?

Qarşısındakı beqabiliyyət başını aşağı dikib başlayırdı qımışmağa.

- Əslində mən də çox günahkar idim ay İsa baba. Ovun qadağan olduğu vaxtda, kəklik bala üstündəolanda 5 dənəсиниvurmuşdum.

Di beləcənə söz-söhbət, haqq, ədalət yerini tapmışolurdu.

Amma bu Тarif Şurasının elədiyi, vallahda, billahda nə haqqa, nədə ədalətə uyğundur. Naxчıvanlılar demişkən, a sizin başıvıza dönüm, indiyə qədər qiymətləri gecə qaldırırdınız, camaat yuxuda olduğundan, eləbilirdilər yuxu görürlər və qiymət artımına demək olar ki, inanmırdılar. Beləcənə dəyavaş-yavaş alışdırırdınız milləti ceyran sürətli qiymətlərə. Amma vəlakin siz bu dəfəmilləti günün günorta vaxtı və məsciddə namaz qıldığı yerdəyaxaladınız. Maşallahlar olsun bizim də namazsevər xalqımıza. Həm yüksələn qiymətlərin təsiri, həm də gözəl və ərəbsevər xalqımızın namaz sevgisi ulu millətimişokdan ayılmağa imkan vermir. Eləcənə, Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymətlərinə, məscidlərdə donub qalıblar.

Səy Qasımdan da, neçə gündür xəbərim yoxdur. Kişi namaz qılan da deyil ki, deyəsən buda məsciddəheykələ dönüb. Eləbil kişininürəyinə dammışdı qiymət artımı. O gün, özü kimi beş-altı adamı yığıb başına SOCAR-ı möhkəm «tərifləyirdi»:

- Ayə siz bizim bu SOCAR-ı yaxşı dərk edə bilmirsiniz eyy, bu boytana dünyada, bizim neft şirkəti kimi şirkətlər 3 dənə varsa, biri dəbizimkidir. Dünyanın yarısını qazla, neftlə, benzinləbizim şirkət təmin edir. Hələ gördünüz o erməni haxçiklərini, biz bunlara su qiymətinəqaz verək, bunlarda etiraz edələr ki, lazım gəlsə bir həftəyemək bişirmərik, amma Azərbaycan qazını istəmirik.

"Demaqoq" Мir Cabbar da gəlib düz gözlərini dikdi səy Qasımın gözünün içinə və bağırdı:

- Ayə, ay səy, bəbu saydıqların xaricdəvarsa, bə bizdəniyə yoxdur?

Baxdım ara qarışacaq, şahid olmamaq üçün çıxdım aradan.

Siz, siz olun, məsciddə namaz qılanda çalışın bəd xəbər eşitməyin…

 

 

 

 

 

 ƏDİB İSAOĞLU


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər