SON DƏQİQƏ
» » Toz dumanı ilə bağlı NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Toz dumanı ilə bağlı NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Tarix:

22-06-2021, 09:36

/ 4 038 dəfə oxundu.
Toz dumanı ilə bağlı NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Paytaxtda müşahidə olunan toz dumanlı hava şəraiti gün ərzində davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Avtomatik stansiyalardan saat 14:00-a daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin qatılığı sanitar normadan 2.6 dəfə çox olub.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ